YANVAR – İYUN, 2023

10

May

Saatlı məscidinin açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak etmişdirlər.

2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdır. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılmış və divarların gücləndirilməsi işləri görülmüşdür. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilmiş, məscidin döşəməsi bərpa edilmişdir. Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunmuş və minarə ona uyğun bərpa edilmiş, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılmışdır.