İYUL – DEKABR, 2023

15

Oktyabr

Sərsəng su anbarının ərazisində Azərbaycan Bayrağının ucaldılması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır.

Mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. 1976-cı ildə ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak etmişdir. Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir.