XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

13

Dekabr

2021

“Şərq Tərəfdaşlığı” Proqramının VI Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər etmişdir.

Səfər çərçivəsində Prezident İlham Əliyev dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşmüşdür.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunmuş, Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlanmış, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanmışdır.

Eyni zamanda, gün ərzində Avropa İttifaqı, Azərbaycan və Ermənistan rəhbərləri arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılmış, söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunmuş, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi