XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

QUBADLI

4

MAY

2023

Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev xəstəxana binasının təməlini qoymuşdur.

4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaqdır. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcəkdir. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaqdır. Müalicə ocağı ən müasir tələblərə cavab verən tibbi avadanlıqlarla, o cümlədən kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya, angioqrafiya və digər cihazlarla təchiz ediləcəkdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi