XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

QUBADLI

4

MAY

2023

Qubadlı şəhərində inzibati binanın təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev inzibati binanın təməlini qoymuşdur.

İnzibati bina şəhərin giriş hissəsində, Baş plana əsasən işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcəkdir. Binanın konsepsiyasının hazırlanması zamanı milli memarlıq elementləri, yaşıl fasad və dam həlləri, həmçinin günəş panellərinin inteqrasiyası nəzərə alınmışdır. Üçmərtəbəli binada avtomobillər üçün yeraltı parklanma nəzərdə tutulmuşdur.

Binanın birinci mərtəbəsi müxtəlif tipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri üçün nəzərdə tutulmuşdur. Burada, həmçinin bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələri fəaliyyət göstərəcəkdir. İkinci və üçüncü mərtəbələrdə isə müxtəlif kateqoriyalara uyğun iş sahələrinin yaradılması planlaşdırılmışdır. İnzibati binanın inşasında metal konstruksiyalardan istifadə olunacaqdır. Fasad həlli və yastı dam günəş panellərinin quraşdırılması, həmçinin yaşıl elementlərin orqanik şəkildə inteqrasiya olunmasına imkan verəcəkdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi