XOCAVƏND
14
Sentyabr2025
Qırmızı Bazar qəsəbəsinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olmuşdur.
2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçən Qırmızı Bazar qəsəbəsində elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunmuşdur. Burada sayğaclaşdırma prosesinə başlanılmış, 2 transformator quraşdırılmış, 3 su anbarı təmir edilmiş və 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilmişdir. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.
Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan 71-i yararsız, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır və burada 10 ailə (39 nəfər) məskunlaşmışdır. 2025-ci ilin sonunadək ümumilikdə 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaqdır.
Səfər çərçivəsində dövlətimizin başçısı qəsəbəyə köçmüş İslam Dadaşovun evində olmuş, ailə üzvləri ilə söhbət etmişdir.
