XOCAVƏND
14
Sentyabr2025
Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşmüşdür.
Prezident sakinləri salamlayaraq Azərbaycanın artıq tam suverenliyini bərpa etdiyini, “Böyük Qayıdış” proqramının uğurla həyata keçirildiyini və Qarabağda genişmiqyaslı quruculuq işləri aparıldığını qeyd etmişdir. O, son beş ilin xalqımızın şanlı Zəfər tarixi olduğunu vurğulayaraq sakinlərin doğma torpaqlarına qayıdıb rahat və təhlükəsiz şəraitdə yaşaması üçün bütün imkanların yaradıldığını diqqətə çatdırmışdır.
Sakinlər göstərilən qayğıya və 30 illik həsrətə son qoyduğuna görə dövlət başçısına dərin minnətdarlıqlarını bildirmişdirlər.
