FÜZULİ
25
APREL2024
Qırğızıstan Prezidentinin Füzuli rayonuna səfəri
Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlmişdir. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılamışdır.
