XANKƏNDİ
14
Sentyabr2025
Qarabağ Universitetinin Klinikası binasının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı klinikanın binasında yaradılmış şəraitlə tanış olmuşdur.
Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı fərmana əsasən yaradılmışdır. Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılmışdır. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcəkdir.
Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaqdır. Burada, eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcəkdir.
