XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XANKƏNDİ

5

İyul

2024

“Qarabağ” hotelinin əsaslı təmir və bərpadan sonra açılışı mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak etmişdir.

Hotel ötən əsrin ortalarında istifadəyə verilmişdir. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanmışdı.

Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılmışdır. Bundan əlavə, hotelə keçmiş adı olan “Qarabağ” adı da qaytarılmışdır. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılmışdır. Burada müxtəlif kateqoriyalı otaqlar vardır. Binada restoran da qonaqların ixtiyarına veriləcəkdir. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaqdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi