XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

KƏLBƏCƏR

27

MAY

2023

“Qamışlı” kiçik su-elektrik stansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Qamışlı” kiçik su-elektrik stansiyasının açılış mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçısı “Qamışlı” kiçik su-elektrik stansiyasını işə salmışdır.

 “AzərEnerji” tərəfindən tamamilə yenidən tikilən “Qamışlı” kiçik su-elektrik stansiyası 6,3 meqavat gücündədir. İki hidroaqreqatdan ibarət “Qamışlı” stansiyasında 110 kilovoltluq yarımstansiya yaradılmışdır. Burada enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sistemi qurulmuşdur. “Qamışlı” kiçik su-elektrik stansiyasında ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsal edilməsi nəzərdə tutulur.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi