ZƏNGİLAN
29
Sentyabr2023
Prezident İlham Əliyevin Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakı
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 nəfərin iştirak etdiyi forumun açılış mərasimində iştirak edərək çıxış etmişdir.

