İYUL – DEKABR, 2023

22

Dekabr

Prezident İlham Əliyevin Xocalı rayonunun Naxçıvanlı kəndinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olmuş və kəndin ərazisinə baxış keçirmişdir.

Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdırlar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənmişdir.