İYUL – DEKABR, 2023

21

Dekabr

Prezident İlham Əliyevin Xocalı rayonunun Dağdağan kəndinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olmuşdur. Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirmişdir.

Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənmişdir.