XANKƏNDİ
4
İyul2025
Prezident İlham Əliyevin Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul etməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə görüşünün əhəmiyyəti vurğulanmış, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinə dair müsbət təəssüratlar səsləndirilmişdir. Azərbaycan–BƏƏ münasibətlərinin strateji səviyyədə inkişaf etdiyi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdiyi qeyd olunmuşdur. Tərəflər “Masdar” şirkətinin fəaliyyəti, bərpaolunan enerji, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə etmişdirlər.
