15
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olmuşdur.
Dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirmişdir. Qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bu il sentyabrın 19–20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsini separatçılardan azad etmişdir.