İYUL – DEKABR, 2023

15

Oktyabr

Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması və çıxışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır.

Dövlətimizin başçısı burada çıxış etmişdir. Bu günün tarixi bir gün olduğunu, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırıldığını deyən deyən Müzəffər Ali Baş Komandan bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmişdir.

Bu tarixi günün əsas səbəbkarının Azərbaycan xalqı, Azərbaycan övladı olduğunu vurğulayan dövlət başçısı qeyd etmişdir ki, “bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”