XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

15

Sentyabr

2025

Prezident İlham Əliyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul etmişdir. Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamları dövlət başçısına çatdırılmış, Prezident İlham Əliyev də salamlarını Türkiyə Prezidentinə ünvanlamışdır.

Tərəflər Azərbaycan–Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin, xüsusilə hərbi sahədə uğurla inkişaf etdiyini vurğulamışdırlar. Həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyəti qeyd olunmuş və görüşün 15 sentyabr – Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 107-ci ildönümünə təsadüf etməsi məmnunluqla bildirilmişdir. Görüş zamanı hərbi əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi