YANVAR – İYUN, 2024

11

May

Prezident İlham Əliyevin Şuşada ICESCO-nun Baş direktorunu qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul etmişdir.

Görüşdə Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olunmuşdur.

ICESCO-nun Baş direktoru Şuşaya budəfəki səfərində burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin şahidi olduğunu bildirmiş, işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış məscidlərin yerində yeni məscidlərin inşa edilməsinin İslam dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini vurğulamışdır.