İYUL – DEKABR, 2023

15

Oktyabr

Prezident İlham Əliyevin Şuşa rayonunun Malıbəyli kəndinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olmuşdur.

Dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirmişdir. Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənmişdir.