YANVAR – İYUN, 2023

27

Fevral

Prezident İlham Əliyevin Rusiyanın xarici işlər nazirini qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdir.

Görüş zamanı Rusiyanın dost, müttəfiq və qonşu ölkə kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malik olduğunu və buna görə Rusiya hökumətinə və Sergey Lavrova təşəkkürünü bildirən Prezident İlham Əliyev 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacağını qeyd etmişdir. 2022-ci ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərə istinad edərək dövlətimizin başçısı ötən il bu istiqamətdə mühüm səy göstərildiyini, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlərin qəbul olunduğunu vurğulamış, bu sənədlərin sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməl olduğunu qeyd etmişdir.