İYUL – DEKABR, 2023

6

Dekabr

Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda iştirakı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə dekabrın 6-da ADA Universitetində ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumu keçirilmişdir.

Məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyi hədəfləyir. Dövlətimizin başçışı çıxış etdikdən sonra forum sual-cavab formasında davam etmişdir. Sonda xatirə şəkli çəkdirilmişdir.