18
Mart
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Suqovuşan qəsəbəsinin Talış kəndində Novruz tonqalını alovlandırmışlar. Daha sonra dövlətimizin başçısı xalqımızı Novruz bayramı münasibətilə təbrik etmişdir.
Birinci Qarabağ müharibəsi və işğal dövründə ermənilərin işğal edilmiş ərazilərdə törətdikləri vandalizm aktlarından və sülh danışıqlar prosesi zamanı atdıqları destruktiv addımlardan bəhs edən dövlətimizin başçısı İkinci Qarabağ müharibəsi zamanı xalqımızın bir yumruq kimi birləşərək haqq davamız uğrunda inamla döyüşə atıldığını bir daha vurğulamış, müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri barəsində danışmışdır.
Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərini doğma Qarabağ diyarından çardırdığını deyən ölkə başçısı bunu böyük xoşbəxtlik adlandırmış, bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edərək Allahdan onlara rəhmət diləmiş, qəhrəman Azərbaycan hərbçilərini isə səmimiyyətlə salamlayaraq onların canı-qanı bahasına doğma torpaqlarımıza qayıtdığımızı qeyd etmişdir.