XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

18

Fevral

2023

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirakı

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etmişdirlər.

Cənubi Qafqazın hər üç ölkəsinin liderlərinin bir araya gəldiyi bu görüşü tarixi görüş adlandıran Prezident İlham Əliyev moderator Kristof Heusgenin keçmiş Dağlıq Qarabağ münaqişəsi və regional təhlükəsizliklə bağlı suallarını cavablandırarkən belə deyib: “Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyanla təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri”.

Azərbaycanda Dağlıq Qarabağ sözünün artıq qüvvədən düşdüyünü və sadəcə erməni əhalinin yaşadığı Qarabağ rayonunun var olduğunu bildirən Prezident İlham Əliyev “bu iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır” – deyə bildirmişdir. Həmçinin beynəlxalq tərəfdaşlarla razılaşdırıldığı kimi Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələrin aparılacağını qeyd edən Prezident İlham Əliyev bunu Qarabağa Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil, erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə etməyə hazır olduğumuzu bildirmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi