YANVAR – İYUN, 2023

28

May

Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşmüşdür.

Görüşdə çıxışı zamanı laçınlıları və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibəti ilə təbrik edən dövlətimizin başçısı Laçın şəhərinin sakinlərinin uzun fasilədən sonra öz doğma şəhərlərinə qayıtdıqları üçün bu günün ikiqat bayram olduğunu qeyd etmişdir. Çıxışından sonra Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim etmiş, sakinlər də öz növbəsində dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişdirlər. Sonra xatirə şəkilləri çəkdirilmişdir.