XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

15

Sentyabr

2025

Prezident İlham Əliyevin ICESCO-nun Baş direktorunu qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul etmişdir.

Görüşdə ICESCO rəhbərinin Azərbaycana və Şuşaya səfərləri xatırlanmış, azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyev mədəniyyətin təşviqinə verdiyi dəstəyə görə Səlim bin Məhəmməd əl-Malikə “Dostluq” ordenini təqdim etmişdir.

ICESCO rəhbəri bu mükafatın onunla yanaşı, əməkdaşlarının da fəaliyyətinə verilən qiymət olduğunu bildirmiş və minnətdarlığını ifadə etmişdir. Görüşdə Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminlik vurğulanmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi