AĞDAM
2
Oktyabr2025
Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kopenhagendə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olmuşdur.
Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunan Vaşinqton Sülh Sammitində əldə edilmiş razılaşmaların əhəmiyyətini qeyd etmişdirlər. Görüşdə regional sülhün möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya layihələri, xüsusən TRIPP layihəsi və infrastrukturun inkişafı müzakirə olunmuşdur. Həmçinin ATƏT-in Minsk prosesinin ləğv olunması qərarı alqışlanmış və etimad quruculuğu tədbirlərinin davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.
