26
Avqust
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak etmişdirlər.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək laçınlıları Şəhər Günü münasibətilə təbrik etmişdir. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbir iştirakçıları ilə söhbət etmişdirlər.