İYUL – DEKABR, 2022

6

Oktyabr

Praqada üçtərəfli görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 6-da Praqada Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olmuşdur.

Görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etmişdirlər. Onlar təsdiqləmişdirlər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaqdır. Qeyd edilmişdir ki, sərhəd komissiyalarının növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcəkdir.