LAÇIN
27
MAY2025
“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak etmişdir.
Laçın Aqrosənaye Parkında işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə, əsasən Laçın sakinləri olmaqla, 15 nəfər işlə təmin ediləcəkdir. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcəkdir.
