ŞUŞA
16
MART2021
Pənahəli xanın sarayına baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Pənahəli xanın sarayının qalıqlarına baxış keçirmişdirlər.
Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olan bu saray Şuşa şəhərinin tarixi mərkəzində yerləşir. İşğal dövründə bu tarixi bina da erməni vandalları tərəfindən dağıdılmışdır.
