ZƏNGİLAN
28
Oktyabr2025
Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzil açarlarının təqdim edilməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşmüşdür.
Görüş zamanı dövlətimizin başçısı “Böyük Qayıdış” proqramının icrasına ilk olaraq Zəngilan rayonundan start verildiyini və Ağalı kəndinin isə normal həyatın bərpa olunduğu ilk yaşayış məntəqəsi olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev sakinlərin uzun illər çətin şəraitdə köçkün həyatı yaşadığını xatırladaraq bu gün onların doğma torpaqlarına qayıtmasının Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin real nəticəsi olduğunu bildirmişdir.
Görüşdən sonra sakinlərə mənzillərin açarları təqdim olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.
