YANVAR – İYUN, 2023

10

May

Milli Xalça Muzeyinin Şuşa filialının açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak etmişdirlər.

Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdır. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa edilmişdir. Binanın fasadındakı çatlar bərpa edilmiş və daşla üzlənmişdir.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olmuşdurlar.