ŞUŞA
16
Sentyabr2025
Milli Xalça Muzeyinin Şuşa filialına səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan sentyabrın 16-da Milli Xalça Muzeyinin Şuşa filialında olmuşdurlar.
XIX əsrdə tikilmiş bina işğal dövründə yararsız hala düşmüş və 2021-ci ildən Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuşdur. Hazırda muzeydə XVIII–XX əsrlərə aid xalçalar, xalça məmulatları, milli geyimlər, arxeoloji materiallar və zərgərlik nümunələri daxil olmaqla 115 eksponat sərgilənir.
