XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

9

MAY

2023

Mehmandarovların malikanə kompleksinin açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etmişdirlər.

2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılmış, bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir. Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənmiş, tavanları bərpa edilmişdir. Malikanə kompleksinin dağılmış divarı bərpa olunmuş, zədəli divarda bərkitmə işləri aparılmışdır. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulmuş, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilmişdir. Məscidin “Güldəstə”si restavrasiya olunmuşdur. Yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilmişdir.

Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulmuşdur. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi