İYUL – DEKABR, 2023

23

Avqust

Mehmandarovların malikanə kompleksi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın avqustun 23-də Şuşa şəhərinə səfərləri zamanı ali qonaq və xanımı Mehmandarovların malikanə kompleksi ilə tanış olmuşdurlar.

Tanışlıq zamanı bildirmişdir ki, bu kompleks Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunmuşdur. Kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidində və bulaqda təmir-bərpa işləri aparılmışdır. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrün texnologiyalarına uyğun bərpa edilmişdir. Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulmuşdur. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülmüşdür. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə olunmuşdur.