XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

XOCAVƏND

18

MAR

2026

Xanoba kəndində görülmüş bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülmüş işlərlə tanış olmuşdurlar. Xanoba kəndi Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. Kənd 2023-cü ilin sentyabrında antiterror əməliyyatı zamanı işğaldan azad edilmişdir....

ƏTRAFLI OXU

25

FEV

2026

Xocavənd şəhəri və eyniadlı kəndin sakinləri ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhəri və Xocavənd kəndinin sakinləri ilə görüşmüşdürlər. Dövlətimizin başçısı sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik etmiş, onların uzun illər ağır köçkün həyatı yaşadıqlarını, lakin bu sınaqdan şərəflə çıxdıqlarını bildirmişdir. Prezident İlham Əliyev Azərbaycanın bütün suveren...

ƏTRAFLI OXU

25

FEV

2026

Xocavənd şəhərində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olmuşdurlar. Xocavənd şəhəri 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı zamanı işğaldan azad edilmişdir. Burada 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı...

ƏTRAFLI OXU

25

FEV

2026

Xocavənd kəndində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olmuşdurlar. Xocavənd kəndi 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı zamanı işğaldan azad edilmişdir. Kənddə mövcud olan 278 fərdi evin 128-i yararsız, 150-si isə qismən yararlı olmuşdur. Qismən...

ƏTRAFLI OXU

14

SEN

2025

Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşmüşdür. Prezident sakinləri salamlayaraq Azərbaycanın artıq tam suverenliyini bərpa etdiyini, “Böyük Qayıdış” proqramının uğurla həyata keçirildiyini və Qarabağda genişmiqyaslı quruculuq işləri aparıldığını qeyd etmişdir. O, son beş ilin xalqımızın...

ƏTRAFLI OXU

14

SEN

2025

Qırmızı Bazar qəsəbəsinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olmuşdur. 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçən Qırmızı Bazar qəsəbəsində elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunmuşdur. Burada sayğaclaşdırma prosesinə başlanılmış, 2 transformator quraşdırılmış, 3 su anbarı təmir edilmiş və 11 kilometrdən...

ƏTRAFLI OXU

14

SEN

2025

Sos kəndinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olmuşdur. 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən Sos kəndində mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunmuş, 2 transformator quraşdırılmış, sayğaclaşdırma prosesinə başlanılmışdır. Burada 3 su anbarı təmir edilmiş, təqribən 5 kilometr...

ƏTRAFLI OXU

14

SEN

2025

Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak etmişdir. Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaqdır. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulmuşdur. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi...

ƏTRAFLI OXU

14

SEN

2025

Hadrut qəsəbəsinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qəsəbə erməni işğalından azad edildikdən sonra qəsəbədə genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunmuşdur. Burada “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli–Hadrut avtomobil yolu...

ƏTRAFLI OXU

20

DEK

2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd rayonunun Şıx Dursun kəndinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olmuşdurlar. Dövlətimizin başçısı və birinci xanım kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçirmişdirlər. Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən...

ƏTRAFLI OXU

20

DEK

2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonuna səfər zamanı rayonun Qırmızı Bazar qəsəbəsində olmuşdurlar. Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənmişdir.

ƏTRAFLI OXU

15

OKT

2023

Xocavənd şəhərində Azərbaycan Bayrağının ucaldılması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirmişdir. Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Şəhər 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənmişdir.

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi