XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

XOCALI

09

MAY

2025

Xanabad kəndində heyvandarlıq kompleksinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etmişdir. Kompleksə damazlıq, ətlik-südlük heyvandarlıq, istehsal və ictimai iaşə xidmətləri daxildir. Damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç...

ƏTRAFLI OXU

09

MAY

2025

“Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir. 3200 kVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı...

ƏTRAFLI OXU

19

FEV

2025

Ballıca kəndində bərpa işləri ilə tanışlıq və bir qrup sakinlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuş, sonra isə kəndə köçən bir qrup sakinlə görüşərək onların evlərində yaradılan şəraitə baxış keçirmişdir. Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçısına dərin təşəkkürlərini bildirmişdirlər. Görüş zamanı çıxış edən Prezident İlham...

ƏTRAFLI OXU

18

FEV

2025

Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olmuşdurlar. Əsgəran qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanmışdır. Layihəyə əsasən qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji...

ƏTRAFLI OXU

19

SEN

2024

Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olmuşdur. Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir. Uzunluğu 33,6 kilometr olan yolda 5 körpünün, 2 keçidin, suötürücü boruların tikintisi və digər infrastruktur işləri görülür....

ƏTRAFLI OXU

05

İYL

2024

Prezident İlham Əliyevin Xocalı Hava Limanına səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olmuşdur. Xocalı rayonunda, Xankəndi şəhərindən 10 kilometr şimal-şərqdə, mürəkkəb relyefli ərazidə yerləşən Xocalı Hava Limanı 1974-cü ildə istismara verilmişdir. 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı – Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Xocalı Hava Limanına UBES indeksi verməklə onun Azərbaycana...

ƏTRAFLI OXU

28

MAY

2024

Xocalı şəhərinə köçən sakinlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşmüşdürlər. Dövlətimizin başçısı və birinci xanım sakinlərlə söhbət etdikdən sonra evlərin açarlarını sakinlərə təqdim etmişdirlər. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı...

ƏTRAFLI OXU

28

MAY

2024

Xocalı şəhərində çoxmənzilli binalarda yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdurlar. Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilmişdir. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli...

ƏTRAFLI OXU

26

FEV

2024

Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.

ƏTRAFLI OXU

26

FEV

2024

Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, daha sonra Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdur. Görüşdə çıxış edən Prezident İlham Əliyev “İlk dəfədir ki, Xocalı Soyqırımı Gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq....

ƏTRAFLI OXU

22

DEK

2023

Prezident İlham Əliyevin Xocalı rayonunun Pirlər kəndinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olmuş və kəndin ərazisinə baxış keçirmişdir. Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19–20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənmişdir.

ƏTRAFLI OXU

22

DEK

2023

Prezident İlham Əliyevin Xocalı rayonunun Xanabad kəndinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Xanabad kəndində olmuş və kəndin ərazisinə baxış keçirmişdir. Dağətəyi ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənmişdir.

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi