XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

XANKƏNDİ

24

DEK

2025

Xankəndidə Zəfər parkının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak etmişdirlər. Təməli 2025-ci ilin fevral ayında qoyulan və ümumi sahəsi 9 hektar olan Zəfər parkının girişindən Zəfər tağına doğru 44 pilləkən salınmışdır. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar,...

ƏTRAFLI OXU

23

DEK

2025

“Xankəndi-1” elektrik yarımstansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak etmişdir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilmişdir. Xankəndi...

ƏTRAFLI OXU

23

DEK

2025

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak etmişdir. Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü...

ƏTRAFLI OXU

23

DEK

2025

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoymuşdur. Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə...

ƏTRAFLI OXU

23

DEK

2025

Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşmüşdür. Prezident İlham Əliyev sakinləri 34 ildən sonra doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik etmiş, torpaqlarımızın işğaldan azad olunduğunu və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışının mərhələli şəkildə davam etdiyini bildirmişdir. Dövlətimizin başçısı “Böyük Qayıdış” proqramının dünya...

ƏTRAFLI OXU

23

DEK

2025

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir. 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilmişdir. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya,...

ƏTRAFLI OXU

23

DEK

2025

Kərkicahan qəsəbəsinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olmuşdur. Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30...

ƏTRAFLI OXU

14

SEN

2025

Qarabağ Universitetinin Klinikası binasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı klinikanın binasında yaradılmış şəraitlə tanış olmuşdur. Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı fərmana əsasən yaradılmışdır. Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılmışdır. Klinikanın binasında...

ƏTRAFLI OXU

14

SEN

2025

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etmişdir. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilmişdir. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılmışdır....

ƏTRAFLI OXU

19

İYL

2025

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşmüşdür. 52 ölkədən 140-dan çox iştirakçı, o cümlədən 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndəsinin iştirak etdiyi tədbirdə Prezident...

ƏTRAFLI OXU

04

İYL

2025

Xankəndidə Türkiyə Prezidenti ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır. Prezident İlham Əliyev Zirvə görüşündə iştiraka görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirmişdir. Görüş zamanı Azərbaycan–Türkiyə qardaşlığına və strateji müttəfiqliyinə...

ƏTRAFLI OXU

04

İYL

2025

Xankəndidə İran Prezidenti ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşmüşdür. Tərəflər Azərbaycan və İranın dost, qonşu və qardaş ölkələr olduğunu vurğulayaraq iki ölkə arasında dərin tarixi, mədəni və dini bağlılıqları qeyd etmişdirlər. Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə...

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi