XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

FÜZULİ

05

MAY

2023

Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı Prezident İlham Əliyev Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlini qoymuşdur. Şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulmuşdur. İlkin mərhələdə 18,5 kilometr yolun tikintisi planlaşdırılır....

ƏTRAFLI OXU

05

MAY

2023

Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olmuşdurlar. Ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaqdır. Onların 318-nin ikiotaqlı, 430-nun...

ƏTRAFLI OXU

05

MAY

2023

Dədəli kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli rayonunun Dədəli kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev Dədəli kəndinin təməlini qoymuşdur. Kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulmuşdur. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaqdır....

ƏTRAFLI OXU

05

MAY

2023

Füzuli–Hadrut avtomobil yolunun açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli–Hadrut avtomobil yolunun açılışında iştirak etmişdir. Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yoluna birləşir. Füzuli–Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir. Layihəyə əsasən...

ƏTRAFLI OXU

05

MAY

2023

Pirəhmədli kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı Prezident İlham Əliyev Pirəhmədli kəndinin təməlini qoymuşdur. Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır. Kəndə 2 min 369 nəfərin köçürülməsi planlaşdırılmışdır. Burada ümumilikdə 565 fərdi ev tikiləcək və...

ƏTRAFLI OXU

07

NOY

2022

Füzuli rayonunda Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 7-də Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevə raport verdikdən sonra dövlətimizin başçısı hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin...

ƏTRAFLI OXU

27

SEN

2022

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Füzuli rayonuna səfər etmişdirlər. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoymuşdurlar. Xatirə lövhəsinin önündə çıxış edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləmiş...

ƏTRAFLI OXU

24

AVQ

2022

Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmuşdurlar. Dövlət başçılarına layihə barədə məlumat verən “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev bildirmişdir ki, layihə dörd böyük...

ƏTRAFLI OXU

26

MAY

2022

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olmuşdurlar. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən...

ƏTRAFLI OXU

10

MAY

2022

Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev xəstəxananın təməlini qoymuşdur. Xəstəxanada əsasən üç bölmənin – inzibati, stasionar və ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulmuşdur. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq...

ƏTRAFLI OXU

10

MAY

2022

Füzuli şəhərində Mərkəzi Park Kompleksində aparılan işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuliyə səfərləri çərçivəsində şəhərdə yeni yaradılacaq Mərkəzi Park Kompleksinin ərazisində aparılan işlərlə tanış olmuşdurlar və parkda ağac əkmişdirlər. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, ermənilərin ekoloji sistemə...

ƏTRAFLI OXU

10

MAY

2022

Füzuli şəhər Peşə Liseyinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuli şəhər Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak etmişdirlər. Dövlətimizin başçısı peşə liseyinin təməlini qoymuşdur. Peşə liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcəkdir. Kompleksdə tədris binaları, laboratoriya, idman zalı və meydançası yaradılacaqdır. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq...

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi