XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

FÜZULİ

16

OKT

2023

Füzuli rayonunda Qoçəhmədli kəndinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanlı dövlətimizin başçısı Qoçəhmədli kəndinin təməlini qoymuşdur. Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulmuşdur. Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılmışdır. Kəndin inşasının birinci mərhələsi üçün ayrılan...

ƏTRAFLI OXU

16

OKT

2023

Füzuli rayonunda Cuvarlı kəndinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfəri zamanı Cuvarlı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanlı dövlətimizin başçısı Cuvarlı kəndinin təməlini qoymuşdur. Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılmışdır. Burada ümumilikdə 291 fərdi ev və 2–4 mərtəbəli 21 yaşayış binası tikiləcəkdir. Kəndin...

ƏTRAFLI OXU

15

OKT

2023

Ağdam–Füzuli avtomobil yolunun tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdam–Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olmuşdur. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam–Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə–Ağdam...

ƏTRAFLI OXU

23

AVQ

2023

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın Füzuli şəhərinin Baş planı ilə tanışlığı

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Füzuli şəhərinin Baş planı ilə tanış olmuşdurlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və xanımı Ziroatxon Mirziyoyevaya Füzulidə görülən və görüləcək işlər barədə məlumat verilmişdir. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin...

ƏTRAFLI OXU

23

AVQ

2023

Füzuli şəhərində yeni evlərə köçürülmüş sakinlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşmüşdürlər. Sakinlərlə söhbətdən sonra dövlət başçılarına və xanımlarına Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilmiş yaşayış kompleksi barədə məlumat verilmişdir. Ümumi sahəsi...

ƏTRAFLI OXU

23

AVQ

2023

Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişdirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960...

ƏTRAFLI OXU

23

AVQ

2023

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuli rayonuna səfəri

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna gəlmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılamışdırlar.

ƏTRAFLI OXU

20

İYL

2023

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Füzuli rayonuna səfəri zamanı 1-ci texniki dərəcəli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olmuşdur. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi sürətlə davam etdirilir. Mövcud...

ƏTRAFLI OXU

08

MAY

2023

Əhmədbəyli–Füzuli–Şuşa magistral avtomobil yolunun 66–81-ci kilometrliyində görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfərləri zamanı Əhmədbəyli–Füzuli–Şuşa magistral avtomobil yolunun 66–81-ci kilometrliyində görülən işlərlə tanış olmuşdurlar. Başlanğıcını M6 Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun beynəlxalq...

ƏTRAFLI OXU

05

MAY

2023

Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoymuşdur. Layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin,...

ƏTRAFLI OXU

05

MAY

2023

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdurlar. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40...

ƏTRAFLI OXU

05

MAY

2023

Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzini işə salmışdır. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilmişdir. Mərkəzin birinci mərtəbəsində birinin gücü...

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi