XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

AĞDƏRƏ

13

YAN

2026

Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoymuşdur. Xüsusi Əməliyyat Mərkəzinin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş...

ƏTRAFLI OXU

13

YAN

2026

Hərbi qulluqçular üçün nəzərdə tutulan yaşayış binalarının istismara verilməsi

Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binaları istismara verilmişdir. Ağdərədə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün ümumilikdə 3 binada təmir-bərpa işləri görülmüşdür. Dörd və beşmərtəbəli binalardakı 72 mənzildən 8-i birotaqlı, 36-sı ikiotaqlı, 24-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Burada hərbçilərin və onların ailə üzvlərinin yaşaması və asudə vaxtlarının...

ƏTRAFLI OXU

13

YAN

2026

Ağdərə şəhərinin Baş planı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olmuşdur. Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaqdır. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı...

ƏTRAFLI OXU

13

YAN

2026

Aşağı Oratağ kəndində sakinlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşmüşdür. Görüş zamanı dövlətimizin başçısı artıq son günlərdə sakinlərin Ağdərə rayonunun 4 kəndində məskunlaşdıqlarını, ümumilikdə isə rayonun 9 kəndinə keçmiş köçkünlərin qayıdışının təmin olunduğunu bildirmişdir. Son 2 il ərzində...

ƏTRAFLI OXU

13

YAN

2026

Aşağı Oratağ kəndində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olmuşdur. Kənddə ümumilikdə 308 fərdi ev vardır. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaqdır. Kəndə ilkin...

ƏTRAFLI OXU

13

YAN

2026

“Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olmuş, süxurların partladılması üçün rəmzi düyməni basmışdır. Kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və...

ƏTRAFLI OXU

13

YAN

2026

Çıldıran kəndində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olmuşdur. Çıldıran kəndində 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilmişdir. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə...

ƏTRAFLI OXU

13

YAN

2026

Heyvalı kəndində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olmuşdur. Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilərək istismara hazır vəziyyətə gətirilmişdir. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna qayıdan 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri...

ƏTRAFLI OXU

13

YAN

2026

“Qozlukörpü” su-elektrik stansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” su-elektrik stansiyasının açılışında iştirak etmişdir. Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” su-elektrik stansiyası 14,7 meqavat...

ƏTRAFLI OXU

13

YAN

2026

Çapar kəndində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olmuşdur. Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri vardır. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad...

ƏTRAFLI OXU

18

MAR

2025

Suqovuşan kəndində məscidin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak etmişdirlər. Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulmuşdur. Məscidin həyəti də yaşıllaşdırılmışdır. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə...

ƏTRAFLI OXU

18

MAR

2025

Suqovuşanda yeni yaşayış kompleksinin istifadəyə verilməsi və sakinlərə açarların təqdim olunması mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmiş, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etmişdirlər. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınmışdır. 2,3 hektar sahədə yaradılan kompleks 5...

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi