İYUL – DEKABR, 2023

25

Avqust

Laçının sənaye zonasında mebel fabrikinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak etmişdirlər. Açılış zamanı dövlətimizin başçısı mebel fabrikini işə salmışdır.

Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulmuşdur. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaqdır. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.