LAÇIN
11
İyul2026
Laçında “Həkəriçay” su anbarının təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoymuşdur.
Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaqdır. Layihə çərçivəsində suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın olan magistral boru kəməri də inşa ediləcəkdir.
Yeni infrastruktur Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialına malik olacaqdır. “Həkəriçay” su anbarından qidalanacaq magistral boru kəməri üzərində ümumi gücü 10,81 MVt olan üç su-elektrik stansiyasının tikintisi də nəzərdə tutulur.

