28
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını etmişdir. Açılış zamanı dövlətimizin başçısı küçənin adının yazıldığı lövhənin üzərindən örtüyü götürmüşdür.
1 Dekabr küçəsi şəhərin diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlandırılmışdır. Küçənin uzunluğu 1566 metr, eni isə 10 metr təşkil edir. Sonra dövlətimizin başçısı küçədə yerləşən və bərpa edilmiş yaşayış evində yaradılan şəraitlə tanış olmuşdur.