LAÇIN
28
MAY2025
Laçın şəhərində seyrangaha səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 28-də Laçın şəhərində seyrangahda olmuşdurlar.
Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrangahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi. Müstəqillik Gününə həsr olunmuş sərgiyə baxış zamanı dövlət başçılarına sərgidə Laçında istifadəyə verilmiş müəssisələrin məhsullarının nümayiş etdirildiyi bildirildi.
Sərgidə Laçın Aqrosənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilmişdir. Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunmuşdur.
