YANVAR – İYUN, 2023

28

May

Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsindəki istiqamət bildirən lövhələrin açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsindəki istiqamət bildirən lövhələrin açılışı tədbirində iştirak etmişdir. Tədbir zamanı dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürmüşdür.

Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaqdır. Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcəkdir.