İYUL – DEKABR, 2021

16

Avqust

Laçın Beynəlxalq Hava Limanının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı Laçın Beynəlxalq Hava Limanının təməlini qoymuşdurlar.

Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaqdır. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulmuşdur.