XANKƏNDİ
23
Dekabr2025
Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşmüşdür.
Prezident İlham Əliyev sakinləri 34 ildən sonra doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik etmiş, torpaqlarımızın işğaldan azad olunduğunu və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışının mərhələli şəkildə davam etdiyini bildirmişdir. Dövlətimizin başçısı “Böyük Qayıdış” proqramının dünya miqyasında ən uğurlu qayıdış layihələrindən biri olduğunu vurğulamışdır.
2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi ilə birlikdə işğaldan azad edilmiş, suverenlik tam bərpa olunmuşdur. Prezident İlham Əliyev oktyabr ayında qəsəbəyə səfəri zamanı evlərin, məktəbin və infrastrukturun bərpası ilə bağlı tapşırıqlar verdiyini və hazırda burada yaşayış üçün bütün şəraitin yaradıldığını qeyd etmişdir.
Sakinlər uzun illər çətin şəraitdə yaşadıqlarını bildirərək dövlət başçısına minnətdarlıqlarını ifadə etmişdirlər.


