AĞDAM
10
MAY2025
Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.
Müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait vardır. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Burada 6 qrup fəaliyyət göstərəcəkdir. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılmış, müxtəlif attraksion və idman qurğuları quraşdırılmış, geniş abadlıq işləri görülmüşdür.
